Dünya
Ukrayna ilə bağlı "böyük müqavilə" - Rusiyanın əsas şərti bəlli oldu
Rusiya Donbasın bütün ölkələr tərəfindən tanınmasını Ukrayna ilə bağlı mümkün "böyük müqavilə"nin bir hissəsi kimi görür.
Publika.az xəbər verir ki, bu barədə TASS-a Əbu-Dabidə aparılan danışıqlardan xəbərdar olan Qərb mənbəyi məlumat verib.
Onun sözlərinə görə, bu məsələ Moskva üçün fundamental əhəmiyyət kəsb edir. Mənbə vurğulayıb ki, Rusiya tərəfi Donbasın tanınmasına xüsusi əhəmiyyət verir və bunu gələcək razılaşmaların əsas elementi hesab edir.
Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə üçtərəfli təhlükəsizlik məsləhətləşmələri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında bir neçə mərhələdə keçirilir. Danışıqların birinci mərhələsi 23-24 yanvar tarixlərində baş tutub. İkinci mərhələ isə 4 fevralda başlayıb.
Danışıqların yeni mərhələsinin ilk günündən sonra Ukrayna nümayəndə heyətinin rəhbəri və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov görüşün məhsuldar keçdiyini bildirib. O, tərəflərin praktik addımlara və konkret həll yollarının axtarışına diqqət yetirdiklərini deyib.
Tural
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto







.jpg)






















