Dünya
Polşanın Ukraynaya “An-28” təyyarəsi göndərdiyi üzə çıxdı
Fransada yayımlanan televiziya reportajında Ukraynaya məxsus “An-28” kimi təqdim olunan təyyarənin əslində dronlarla mübarizə üçün xüsusi olaraq yenidən təchiz edilmiş Polşanın “PZL M28 Skytruck” təyyarəsi olduğu üzə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə “Military Informant” nəşri məlumat yayıb.
Söhbət adi nəqliyyat təyyarəsindən getmir. Bu hava vasitəsi 1984-cü ildən etibarən ABŞ-ın “Lockheed Martin” şirkətinin törəmə müəssisəsi olan Polşanın PZL şirkəti tərəfindən istehsal edilən Sovet mənşəli “An-28” təyyarəsinin modifikasiyasıdır. Təyyarə orijinal versiyadan Kanadanın “Pratt & Whitney” mühərrikləri, eləcə də dəyişdirilmiş füzelyaj və qanad konstruksiyası ilə fərqlənir.
Təyyarənin pəncərələrindən birində dronları məhv etmək üçün nəzərdə tutulmuş çoxlüləli pulemyot yerləşdirilib. Heyətə iki pilotla yanaşı, infraqırmızı kamera operatoru və gecəgörmə eynəyi ilə təchiz olunmuş atıcı da daxildir.
Qeyd olunur ki, Varşava və Kiyevdəki rəsmi qurumlar bu xüsusi təyyarənin Ukraynaya verilməsi ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyiblər.
Adəm
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial3 Aprel 18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu

































