Dünya
Epşteynin belaruslu sevgilisi və türk vəkil: 100 milyon dollar, mülklər ona qalıb - Foto
Amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı yayımlanan sənədlər arasında türkiyəli vəkil Arda Beşkardeşin də adı var.
Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, iddiaya görə, Epşteynin belaruslu sevgilisi Karina Şulyakın "Green card"la təmin edilməsi və və ABŞ vətəndaşlığı almasına kömək etmək üçün Beşkardeşə müraciət edib.
Beşkardeş bu müraciəti qəbul edərək Şulyakı sözügedən sənədlərdlə təmin edib. İddialara görə, bu "uğurdan" sonra Beşkardeş Ankaradan Epşteynə məktub yazıb: “İndi Şulyak amerikalıdırsa, ona öküz, qırmızı, ağ və mavi şarlar və bayraq formasında diş çöpləri üzərində qızardılmış "Snickers" şokoladları ilə böyük bir ziyafət təşkil etməlisiniz”, - deyə o qeyd edib.

"Daily Mail"in məlumatına görə, diş həkimi olan Şulyak hazırda Nyu-Yorkda Epşteynin qardaşı Marka məxsus mənzildə yaşayır.
Karina Şulyak 2010-cu ildə 20 yaşında ikən ABŞ-a gedib. Epşteynin sevgilisi olan Şulyak, fahişəlik şəbəkəsinin rəhbərinin dəstəyi ilə ABŞ-da stomatoloji təhsil alıb. O, həmçinin Epşteynin mülkündə işləyərək fahişəlik şəbəkəsinin rəhbərinin və şəbəkədəki qızların dişlərini müalicə edib.
Epşteyn, həmçinin Şulyakın Belarusdakı ailəsinə ayda 25 min dollar pul göndərib. Məlumata görə, Epşteyn həbsxanada ölməzdən əvvəl eşitdiyi son səs onun gənc sevgilisinin səsi olub.

Epşteyn mirasının böyük hissəsini də sonuncu partnyoruna, hazırda 35 yaşı olan Karina Şulyaka vəsiyyət edib. O, maliyyə sənədinə əlavə edilmiş əlyazma qeydində Şulyakla evlənmək niyyətini ifadə edib. Belə ki, Epşteyn partnyoruna 32,73 karat çəkisi olan və dəyəri bir neçə milyon dollar qiymətləndirilən brilyant üzüklə evlilik təklifi edibmiş. Vəsiyyətnaməyə əsasən, Epşteynin ölümündən sonra Şulyak yarısını dərhal, digər yarısı isə illik müavinət şəklində olmaqla, 100 milyon dollar almalı idi. Həmçinin maliyyəçinin bütün daşınmaz əmlakı belaruslu xanımın adına keçməli idi.
Roza
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi

































