Dünya
Baş nazirin videosu "YouTube"u partlatdı - Ölkə əhalisinin sayından çox baxış
Yaponiyanın baş naziri Sanae Takaiçinin iştirak etdiyi video "YouTube"da iki həftədən az müddətdə 100 milyondan çox baxış toplayıb.
Publika.az xəbər verir ki, video hakim Liberal Demokrat Partiyasının kanalında yayımlanıb.
"Takaiçinin Mesajı: Gəlin yapon arxipelaqını güclü və çiçəklənən edək" adlı videoda baş nazir ritmik zərb alətlərinin müşayiəti ilə Yaponiyanın gələcəyi üçün dəyişiklik və qətiyyətli hərəkətə ehtiyac olduğunu bildirib. Baxış sayı 130 milyonu keçib.
Lakin Liberal Demokrat Partiyasının kanalında yerləşdirilən digər videolar oxşar rəqəmlərə çatmaması səbəbindən izləyicilər videoya şərh yazaraq, baxış sayının satın alınıb manipulyasiya edilə biləcəyini iddia edib. Şərhçilərdən biri zarafatla baxış sayının Yaponiya əhalisini keçdiyini bildirib.
Adəm
-
Ekologiya18:24Dünyadakı bütün quşlarla bağlı SİRR AÇILDI - Mahnıları belə oxuyurlar
-
Maraq dünyası17:00Sürücü polisin yazdığı cərimə protokolunu yedi
-
Hadisə16:32Bakının Xətai rayonunda güclü yanğın başlayıb - VİDEO
-
Yaxın Şərq16:21Xamenei müəmması böyüyür - "Köhnə videodur, amma sağdır" deyirlər
-
Nəqliyyat15:54Bakıda sürücü avtomobili yolun ortasında qoyub getdi - VİDEO
-
Avropa15:09Almaniya XİN-dən Sülh Sammitinin ildönümü ilə bağlı paylaşım
-
Hadisə14:50Çingiz Əlioğlu vəfat etdi
-
Ekologiya12:36Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU




































