Prezident və baş nazirin sözü çəpləşdi: Bu ölkədə Rusiya qalmaqalı
Bizi izləyin

Dünya

Prezident və baş nazirin sözü çəpləşdi: Bu ölkədə Rusiya qalmaqalı

Estoniya prezidenti Alar Karis və baş nazir Kristen Mixal arasında fikir ayrılığı yaranıb. Buna səbəb, Rusiya ilə danışıqlar üçün Aİ-nin xüsusi nümayəndəsinin təyin edilməsi olub.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd edək ki, Karis bundan əvvəl Rusiya ilə əlaqələri yeniləmək üçün xüsusi Avropa elçisinin təyin edilməsini məsləhət görmüşdü. O, seçilmiş elçinin həm Rusiya, həm də Ukrayna tərəfindən etibar edilən "böyük Avropa ölkəsindən" gəlməli olduğunu vurğulayıb.

Mixal da öz növbəsində bildirib ki, Rusiya ilə birbaşa danışıqlar "yersizdir".

Qeyd olunur ki, Karis əsasən simvolik bir vəzifə tutsa da, onun təklifinə mənfi reaksiya Rusiya ilə dialoqun bərpası ideyası ilə bağlı narahatlıqlar doğurub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm