Dünya
Əsəd rejiminin son günlərinə dair şok faktlar - Sevgilisinin ölüm əmrini kim verib?
Suriyada 13 illik vətəndaş müharibəsindən sonra Bəşər Əsəd rejiminin süqutuna aparan proses təkcə hərbi məğlubiyyətlərlə deyil, həm də qadağan olunmuş münasibətlər və hakimiyyətin sui-istifadəsi kimi hadisələrlə formalaşıb.
Publika.az xəbər verir ki, "The Atlantic" jurnalı Əsədin hakimiyyətinin son günləri barədə hesabat dərc edib.
İddiaya görə, Əsədin media müşaviri və ən etibarlı adlardan biri olan Luna əl-Şibl həm də onun sevgilisi olub. Hətta hesabatda əl-Şiblin Əsəd üçün qadınlar gətirdiyi də iddia olunur.
Bu məsələdə ən diqqət çəkən məqam isə Luna əl-Şiblin ölümüdür. O, 2024-cü ilin iyul ayında Dəməşqin kənarındakı bir şossedə lüks avtomobilində ölü tapılıb. Onun ölümü rəsmi olaraq yol qəzası kimi qeydə alınıb. Lakin avtomobildə ciddi bir zədələnmə müşahidə olunmayıb.

Nəşrə danışan mənbələrə görə, Luna əl-Şibl İranın Suriyadakı fəaliyyəti barədə Moskvaya məlumat sızdırırmış. Məhz bu səbəbdən Əsəd onun ölüm əmrini verib. Nəşr bunu "hakimiyyəti itirməyə başlayan Əsəd sirlərinin açılacağından qorxduğu üçün keçmiş sevgilisini aradan qaldırıb" kimi şərh edib.
Həmçinin iddia olunur ki, ölkə xarabalıq içində ikən Əsəd saatlarla telefonunda "Candy Crush" və oxşar oyunlar oynayıbmış. Saray mənbələrinin sözlərinə görə, Əsəd atası Hafiz əl-Əsədin dövründən təcrübəli kadrları da təmizləyib və onların yerinə Luna əl-Şibl kimi gənc şəxslərdən ibarət kiçik bir qrupu yerləşdirib.
2024-cü ilin noyabr ayında üsyançılar Hələbə doğru irəliləyərkən Əsədin Rusiyadakı varlığı hətta Dəməşqdəki komandirlərini də təəccübləndirib. Bildirilir ki, o, qaçarkən sadəcə oğlu Hafizi və iki köməkçisini özü ilə aparıb. Digərlərinə isə “yer yoxdur” deyilib. Sürücüsü “Həqiqətən bizi tərk edirsiniz?” soruşduqda isə Əsəd cavabında “Niyə döyüşmürsünüz?” cavabını verib.
Qeyd edək ki, Bəşər Əsəd hazırda həyat yoldaşı Əsma və uşaqları ilə birlikdə Moskvada yaşayır.
Roza
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial3 Aprel 18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu

































