İdman
Valentina sadəcə Həbibin sözlərini kontekstdən çıxardı - Usman
Nigeriyalı keçmiş UFC çempionu Kamaru Usman əfsanəvi Həbib Nurməhəmmədovla qırğız UFC çempionu Valentina Şevçenko arasındakı mübahisəyə münasibət bildirib.
Publika.az xəbər verir ki, Həbib əvvəllər qarışıq döyüş sənətlərini qadına yaraşmayan bir idman növü hesab etdiyini bildirmişdi. Şevçenko Nurməhəmmədova qarşı çıxmışdı: “Həmçinin, kişini də heç nə edə bilməyən axmaq kimi tərbiyə edə bilərsən”.
“Mən də bu mədəniyyətdən gəldiyim üçün Həbibi başa düşürəm. Həbib qadınların heç nə edə bilməyəcəyini demək istəmirdi. O, qətiyyən bunu nəzərdə tutmurdu! Hamımız bilirik ki, döyüşmək qəddar bir idman növüdür. Və adətən müharibəyə kişilər gedir. Valentina sadəcə Həbibin sözlərini kontekstdən çıxardı. Həbib sadəcə MMA-nın qəddar olduğunu demək istəyirdi. Və qəddarlığı kişilərə buraxmaq daha yaxşıdır”, – deyə Usman YouTube-da yayımlanan “Pound4Pound” şousunda bildirib.
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik


































