Dünya
Kolumbiya Prezidentinə sui-qəsd cəhdi - “Etiraf etməliyəm ki...”
Kolumbiya Prezidenti Qustavo Petro helikopterlə Kordova departamentinə uçarkən sui-qəsddən xilas olduğunu bəyan edib.
Publika.az xəbər vrir ki, bu barədə "El Tiempo" qəzeti məlumat yayıb.
Kolumbiya liderinin sözlərinə görə, ona qarşı hücum helikopterinin Karib sahillərinə enişi zamanı planlaşdırılıbmış.
"Etiraf etməliyəm ki, o vaxt canımı sui-qəsddən qurtarırdım, buna görə də dünən gələ bilmədim. Lazım olan yerdə eniş edə bilmədim. Hətta eniş işıqlarını belə yandırmamışdılar", - deyə o bildirib.
Fevralın əvvəlində Kolumbiya və ABŞ prezidentləri Qustavo Petro və Donald Trampın Ağ Evdəki görüşdən sonra tamamilə barışdıqları barədə məlumat yayılmışdı. Oval kabinetdən çıxdıqdan bir neçə saat sonra verdiyi müsahibədə Kolumbiya lideri görüşü 10 baldan 9 balla qiymətləndirmişdi.
Bundan əvvəl isə Petro, ABŞ-ın mümkün hücumu zamanı Kolumbiyanı qorumaq üçün silahlanmağa hazır olduğunu demişdi. O bəyan etmişdi ki, Tramp onu Venesuela prezidenti Nikolas Maduro kimi asanlıqla qaçıra bilməyəcək.
Hüseyn İbadlı
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto







.jpg)






















