Dünya
Rusiya afrikalı gəncləri bu vədlə müharibəyə göndərirmiş
Rusiyanın Ukrayna ilə müharibədə əsgər ehtiyacını ödəmək üçün müqavilə əsasında Afrikadan gəncləri cəlb etdiyi iddia olunub.
Publika.az xəbər verir ki, Avropa mətbuatında yer alan xəbərlərə görə, Moskva gəncləri iş imkanları və yaxşı həyat vədləri ilə birbaşa ön cəbhəyə göndərir.
Araşdırmalara əsasən, 2023-2025-ci illər arasında təxminən 1400 afrikalı gənc Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb və müharibədə iştirak edib. 300-dən çoxu isə qısa müddət sonra həlak olub.
Bir çox gənc bildirir ki, cəmi bir neçə günlük əsas təlimdən sonra birbaşa cəbhəyə göndəriliblər. Onların iddiasına görə, müqavilələrin əksəriyyəti Kiril qrafikası ilə yazılıb və heç bir tərcümə olmadan imzalanıb. Maaş, tibbi sığorta və vətəndaşlıq kimi vədlərin əksəriyyəti ya yerinə yetirilməyib, ya da çox aşağı səviyyədə olub.
Hətta bəzilərinə müharibədə iştirak edəcəyi ilə bağlı ümumiyyətlə məlumat verilməyib. Onlara əvvəlcə təmizlik və mətbəx işləri üçün işə götürüldükləri deyilib, lakin Rusiyaya gəldikdən sonra əsgərə çevriliblər.
Tədqiqatçılar müharibədə iştirak etmək üçün cəlb edilən gənclərin əksəriyyətinin 18-25 yaşları arasında olduğunu və əksəriyyətinin Misir, Kamerun və Qana kimi ölkələrdən gəldiyini müəyyən ediblər.
Qeyd olunub ki, bəzi hökumətlər vəziyyətə müdaxilə etməyə çalışıblar. Məsələn, Kamerun, Keniya və Hindistan vətəndaşlarının zorla Rusiya ordusuna çağırıldığını və ya onları geri qaytarmağa cəhd etdiklərini təsdiqləyiblər.
Roza
-
Qoroskop01:40Günün ulduz falı: səbr ən güclü silahınız olacaq
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları
-
Region9 Mart 19:26İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
Region9 Mart 18:12Türkiyədən İrana xəbərdarlıq
-
Region9 Mart 17:20Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi



































