Dünya
“Taliban” İrana ümid verdi: ABŞ hücum etsə, kömək olacaq, amma...
Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı ABŞ-ın hücumu halında İrana yardım və dəstək göstərməyə hazırdır, lakin ABŞ-la müharibədə iştirak etmək niyyətində deyil.
Publika.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti yazıb.
Nəşr hərəkatın sözçüsü Zəbihullah Mücahidin sözlərini sitat gətirib: "ABŞ-ın ölkəyə zərbələri halında “Taliban” İran İslam Respublikasına yardım və dəstək göstərəcək".
Mücahid Əfqanıstan xalqının "rəğbət göstərəcəyini və bəlkə də İranın xahişi ilə əməkdaşlıq edəcəyini" söyləyib, lakin o, bunun avtomatik olaraq “Taliban”ın "ABŞ-a qarşı qisas müharibəsində" iştirakına səbəb olmayacağını vurğulayıb.
Vaşinqton və Tehran arasında danışıqların yeni mərhələsinin çərşənbə axşamı Cenevrədə keçirilməsi gözlənilir.
İran və ABŞ arasında danışıqlar fevralın əvvəlində Omanda baş tutub və tərəflər danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər. Medianın məlumatına görə, Amerika tərəfi, xüsusən də İranın raket proqramı və Tehranın Yaxın Şərqdəki hərəkətləri daxil olmaqla, geniş gündəmdə israr edib. Tehran da öz növbəsində Vaşinqtonla yalnız nüvə məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.
Tural
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu











.jpg)






















