Nida Xəbər
Yeni nazir müavinləri kimdir? - FOTO
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinə iki yeni nazir müavini təyin edilib. Belə ki, general-mayor Yusif Nəbiyev və Xanlar Cəbrayılov nazir Kəmaləddin Heydərovun müavini olub.
Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Nəbiyev Yusif Mahmud oğlu uzun illərdir Fövqəladə Hallar Nazirliyinin Baş yanğın təhlükəsizliyi eksperti vəzifəsində çalışırdı. O, 14 dekabr 2012-ci ildə daxili xidmət general-mayoru rütbəsi alıb, 2018-ci ildə isə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Yusif Nəbiyev
Naxçıvan Muxtar Respublikasında anadan olan Yusif Nəbiyev Azərbaycanın əməkdar hüquqşünası, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri (2000–2011), Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri (2011–2022) olmuş Mahmud Nəbiyevin oğludur.
General-mayorun babası Yusif Mustafa oğlu Nəbiyev Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970–1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979–1980) olub.
Xanlar Cəbrayılov isə 03.11.1972-ci ildə Bakı şəhərində doğulub. 1995-ci ildə İqtisad Universitetini bitirib. Daha sonra Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində işləyib. Onun gömrük xidməti mayoru olduğu bildirilir.

Xanlar Cəbrayılov
O, FHN yaranandan sonra - 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib.
Xatırladaq ki, müavinlərin vəzifədən azad edilməsi və onların yerinə təyinatlarla bağlı hələlik rəsmi sərəncam yoxdur.
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar


































