Dünya
Everest həsrətində olanlara üzücü xəbər - Qaydalar sərtləşdirildi
Nepal Milli Assambleyası Everesta dırmanma qaydalarını sərtləşdirən qanun layihəsini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə "Kathmandu Post" nəşri yazır.
Sənədə əsasən, alpinistlər dünyanın ən hündür zirvəsinə qalxmağa cəhd etməzdən əvvəl Himalay dağlarında yerləşən və hündürlüyü təxminən yeddi min metr olan zirvələrdən birinə dırmanmalıdırlar.
Bu yenilik Everesti fəth etməyə çalışan təcrübəsiz alpinistlərin sayını azaltmağa yönəlib. Qanun marşrutlardakı növbələri, bədbəxt hadisələrin sayını və xilasetmə xidmətlərinin yükünü azaltmaq məqsədi daşıyır.
Həmçinin gözlənilir ki, yerli yeddiminlik zirvələrdən birinə ilkin dırmanma tələbi Nepalda turizmin inkişafına kömək edəcək. Artıq turoperatorlar Himlunq və Baruntse kimi zirvələrə aktiv şəkildə ekspedisiyalar təklif etməyə başlayıblar. Ümumilikdə Nepal ərazisində hündürlüyü 7000-dən 7999 metrə qədər olan 86 zirvə var.
Qeyd olunur ki, sənəd bu il qüvvəyə minməyəcək, çünki o, parlamentin aşağı palatası olan Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir. Bu isə Everesta dırmanmağı planlaşdıran alpinistlərə yeni tələblər tətbiq edilənədək - elə bu yaz dünyanın ən hündür zirvəsini fəth etmək imkanı verir.
Hüseyn İbadlı
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın



































