Dünya
Kim Çen In yenidən Koreya Əmək Partiyasının sədri seçildi
Pxenyanda Koreya Əmək Partiyasının (KFP) IX qurultayı işini davam etdirir.
Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Bildirilib ki, qurultay zamanı nümayəndələr Şimali Koreya lideri Kim Çen Inın yekdilliklə yenidən baş katib vəzifəsinə seçilməsini dəstəkləyiblər.
Agentlik vurğulayıb ki, hazırkı qurultay yoldaş Kim Çen Inın KFP-nin ali postuna yenidən seçilməsi barədə fəxri təklifi tamamilə dəstəkləyib və təsdiqləyib.
Xatırladaq ki, KXDR Əmək Partiyasının IX qurultayı fevralın 19-da Pxenyanda işə başlayıb. Qurultayın işində partiyanın səkkizinci çağırış mərkəzi rəhbər orqanının 224 üzvü və bütün partiya təşkilatlarından seçilmiş 4 776 nümayəndə — ümumilikdə 5 min nəfər iştirak edir. Bundan əlavə, qurultayda 2 min müşahidəçi də iştirak edir.
Hüseyn İbadlı
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"















.jpg)



















