Moskvada polisə hücum: Ölənlər və yaralananlar var
Bizi izləyin

Dünya

Moskvada polisə hücum: Ölənlər və yaralananlar var

Rusiyanın paytaxtı Moskvada polis əməkdaşlarına qarşı bombalı hücum baş verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, hücum nəticəsində bir polis əməkdaşı həlak olub, iki nəfər yaralanıb.

Məlumata görə, hücumçu hadisə yerində öldürülüb.

Rusiya İstintaq Komitəsi təhlükəsizlik qüvvələrinin üzvlərinə edilən hücumla bağlı cinayət işi açıldığını bəyan edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm