Laporta sirri açdı: Görün bu klub 3 il öncə Yamal üçün nə qədər pul təklif edib
Bizi izləyin

İdman

Laporta sirri açdı: Görün bu klub 3 il öncə Yamal üçün nə qədər pul təklif edib

"Barselona" klubunun sabiq prezidenti Xuan Laporta maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, 2024-cü ildə Kataloniya təmsilçisinin vinger Lamin Yamal üçün PSJ tərəfindən təklif olunan 250 milyon avroluq transfer təklifini rədd etdiyini bildirib.

"İki il əvvəl PSJ Lamin Yamal üçün bizə 250 milyon avro təklif etmişdi. Biz imtina etdik. Onun 17 yaşı var idi, bəzi insanlar bizim dəli olduğumuzu düşündü!" - deyə Laporta qeyd edib.

Bu mövsüm Yamal Kataloniya komandasının heyətində 33 matç keçirib, 15 qol vurub və 14 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 200 milyon avro olaraq qiymətləndirir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm