Dünya
Sürətlə və səssiz hərəkət edir: Türkiyə "ASLAN"-ı ABŞ-ı heyrətləndirdi
Türkiyənin müdafiə sənayesi nəhənglərindən biri olan ASELSAN tərəfindən hazırlanmış ASLAN silahlı pilotsuz quru vasitəsi, Almaniyada keçirilən NATO-nun ilin ən böyük təlimi olan "Steadfast Dart 26"-da nümayiş etdirilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın "Defence Blog" saytı məqalə dərc edib.
Məqaləyə əsasən, ASLAN sahədəki üstün performansı ilə həm NATO müttəfiqləri, həm də beynəlxalq mətbuat arasında böyük ajiotaj yaradıb.
"Təlim zamanı Türkiyə bölmələri kəşfiyyat və dəstək missiyalarında ASLAN-dan effektiv şəkildə istifadə etdi. Bütün bunlar Türkiyə Silahlı Qüvvələrinin texnologiyanı sahəyə uğurla inteqrasiya etdiyini sübut edir. Türklər müasir müharibə texnologiyalarında yeni yol qət ediblər. Platforma elektro-optik sensorlar, istilik görüntüləmə sistemləri və uzaqdan idarə olunan stabilləşdirilmiş silah stansiyaları ilə unikal bir arxitekturaya malikdir", - məqalədə qeyd olunub.

Həm uzaqdan idarəetmə, həm də yarı avtomatik rejimlərdə işləyə bilən ASLAN-ın yüksək riskli ərazilərdə vəzifələrini yerinə yetirərkən operatorların təhlükəsizliyini maksimum dərəcədə artırdığı vurğulanıb:
"ASLAN aşağı profilli, səssiz hərəkət və sürətli uyğunlaşma qabiliyyəti ilə, həm şəhər, həm də münaqişə zonalarında əməliyyat üstünlüyü təmin edir. ASLAN-ın böyük bir NATO təlimində iştirakı müttəfiq hərbi birləşmələrində pilotsuz yerüstü sistemlərin getdikcə daha çox əməliyyat rolunu ortaya qoyur. Bu uğur göstərir ki, Türkiyə təkcə regional deyil, həm də qlobal miqyasda müasir müharibə texnologiyalarında söz sahibidir".
Roza
-
Nida Xəbər 12:54Bu deputatlara yeni vəzifə verildi - ADLAR
-
Dünya12:24Rusiyanın hücumu başlayanda Bayden Zelenskiyə nə təklif edibmiş? - İlk dəfə açıqladı
-
Nida Xəbər 12:21Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu - SİYAHI
-
Dünya11:36Kardaşyanın heyranı olan “Dodaq kralı” növbəti əməliyyatdan sağ çıxmadı
-
ABŞ10:48Trampdan İrana son xəbərdarlıq: Tehran dağılacaq
-
Dünya10:12Moskvada polisə hücum: Ölənlər və yaralananlar var
-
Dünya09:48Avropa Rusiya ilə müharibə edəcək: ABŞ izləyəcək
-
Nida Xəbər 09:28Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?



















.jpg)















