Nida Xəbər
Fuad Nağıyevin şiddətli töhmət almasına səbəb olan məmura hökm oxundu
Ötən ilin martında həbs olunan Dövlət Turizm Agentliyinin əməkdaşı Nicat Hüseynovun məhkəmə prosesi başa çatıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilən sabiq məmurun azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.
O, Dövlət Turizm Agentliyinin, Turizm siyasəti və strategiyası şöbəsinin, Təhsil və təlim sektorunun baş məsləhətçisi vəzifəsində işləyərkən dövlət qurumları arasında qapalı elektron sənəd dövriyyəsində olan sənədin yayılmasında ittiham olunub. Dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən Nicat Hüseynov keçən ilin martın 4-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdı.
Nicat Hüseynovun həbsdə qaldığı müddət hesablandıqdan sonra onun üzərində 4 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Qeyd edək ki, Nicat Hüseynovun həbsindən bir neçə gün öncə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan başqa, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılmışdı.
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc


















.jpg)



















