Sosial
Bakıda bu rayonlarda yeni söküntülər olacaq - Ünvanlar
Paytaxtda qəzalı binaların sökülməsi və yeni infrastruktur layihələrinin icrası ilə bağlı mərhələli proses davam edir.
Publika.az xəbər verir ki, yaxın perspektivdə Bakının bir sıra rayonlarında söküntü işlərinin aparılması planlaşdırılır.
Hansı rayonlarda söküntü gözlənilir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc baku.ws-ə bildirib ki, ilkin mərhələdə proses 10 rayonu əhatə edəcək:
"Plan üzrə aşağıdakı rayonlarda qəzalı və istismar müddəti başa çatmış binaların sökülməsi nəzərdə tutulur:
Nərimanov
Yasamal
Nəsimi
Səbail
Xətai
Nizami
Sabunçu
Suraxanı
Pirallahı
Bu ərazilərdə əsasən rəsmi akt tərtib olunmuş, qəzalı vəziyyətdə olan çoxmənzilli binalar və yeni infrastruktur layihələrinin düşdüyü zonalarda yerləşən fərdi yaşayış evləri söküləcək".
AQC sədri əlavə edib ki, qəzalı binalarla bağlı aktlar müvafiq dövlət qurumları tərəfindən tərtib olunur:
"Söküntü və yenidənqurma prosesi şəhərin Baş Planına – "Bakı 2040" inkişaf konsepsiyasına uyğun şəkildə həyata keçirilir. Sökülən ərazilərdə yeni yaşayış binaları, parklar, sosial obyektlər və nəqliyyat infrastrukturu yaradılması nəzərdə tutulur.
Yaxın müddətdə aşağıdakı ərazilərdə aktiv proses gözlənilir:
"Təzəpir" məscidi ətrafı
"Bayıl şəhər" adlanan ərazilər
Keçmiş "Sovetski" (Yasamal rayonu) ərazisi
Metro stansiyalarının ətraf zonaları
Planlaşdırılan tramvay xətlərinin keçəcəyi küçələr
Ceyhun Hacıbəyli küçəsi və 1 saylı xəstəxananın ətrafı.
Konkret küçələr
Səbail rayonu:
Salman Mümtaz küçəsi
Dağlıq küçəsi
Sabunçu rayonu:
Yusif Qasımov küçəsi
Qurban Vəzirov küçəsi
Suraxanı rayonu:
Xanlar Ələkbərov küçəsi
Yasamal rayonu:
Rıza Quliyev küçəsi
Nabat Aşıqbəyova küçəsi
Çingiz Mustafayev küçəsi
Mirzağa Əliyev küçəsi və ətrafı
Nərimanov rayonu:
"Montin" və Keşlə əraziləri".
Vüqar Oruc həmçinin qeyd edib ki, söküntü işləri mərhələli şəkildə və plan əsasında həyata keçirilir:
"Əhali ilə müvafiq dövlət qurumları arasında danışıqlar aparılır və kompensasiya məsələləri qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Əsas prioritet qəzalı binaların təhlükəsizlik baxımından aradan qaldırılması və eyni zamanda yeni nəqliyyat və şəhərsalma layihələrinin reallaşdırılmasıdır".(baku.ws)
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər












-332321585f0779969d9957a0ad7dcda0.jpg)









.png)














