Nida Xəbər
Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu - SİYAHI
Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin əmlakları müsadirə olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, məhkəmə qərarı ilə dövlət nəfinə müsadirə olunan əmlakların bir qismi aşağıdakılardır:
1) 16.500.000 – 18.100.000 manat dəyərində Azərbaycan Beynəlxalq Universitetini təşkil edən 34349,7 kv. metr ölçüdə torpaq sahəsi
2) Hazırda Aristokrat Tibb Mərkəzinin fəaliyyət göstərdiyi daşınmaz əmlak.
3) Era tam orta məktəb və baxçanın fəaliyyət göstərdiyi daşınmaz əmlak (Dəyəti 9-10 milyon manat civarında dəyərləndirilir)
4) Bakı şəhəri Səbail rayonu Ş.Şamil küçəsi ev 11 mənzil 8,
5) Bakı şəhəri Xəzər rayonu Dübəndi bağ sahəsində yerləşən 26 saylı bağ sahəsi,
6) Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 609 saylı bağ evi,
7) Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 707D saylı bağ evi,
8) Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 3141-ci məhəllə ev 10 mənzil 52,
9) Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi 4,6 mənzil 23
10) Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsində yerləşən 1234 saylı bağ sahəsi,
11) Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialı»nın adına rəsmiləşdirilmiş Rusiya Federasiyasının Moskva şəhəri
Odinsovu rayonunun Marfino kəndində 26B ünvanında yerləşən 20000 kv.metr torpaq sahəsi və 1000 kv.metr tikilidən ibarət daşınmaz əmlak.
Qeyd edək ki, Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu




































