İranı vurmaq üçün göndərilən ən bahalı ABŞ gəmisi nəcislə dolub-daşdı
Bizi izləyin

Dünya

İranı vurmaq üçün göndərilən ən bahalı ABŞ gəmisi nəcislə dolub-daşdı

ABŞ Hərbi Dəniz Qüvvələrinin ən bahalı gəmisi olan "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi İran sahillərində kanalizasiya tullantıları ilə dolub.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Nəşr anonim qalmaq istəyən Hərbi Dəniz Qüvvələrinin rəsmisindən sitat gətirib: "Lakin vəziyyət yaxşılaşır və problemlər aviadaşıyıcının öz missiyasını yerinə yetirmək qabiliyyətinə təsir etməyib".

O, “USS Gerald R. Ford” gəmisinin göyərtəsində 650 vakuumlu tualet olduğunu və lakin hər gün bir tualetin sıradan çıxdığını söyləyib.

Gəminin kapitanı David Scarossi WSJ-yə verdiyi açıqlamada bildirib ki, gəmidəki kanalizasiya problemləri onun tabeliyində olanların yeganə şikayəti deyil. Amerikalı dənizçilər İranın ərazi sularında uzun müddət qalmalarından və tezliklə evə qayıtmaq üçün heç bir əlamətin olmamasından narazıdırlar.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm