Nida Xəbər
Bu deputatlara yeni vəzifə verildi - ADLAR
Azərbaycanla Keniya, Qambiya, Laos və Maldiv arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılıb.
Publika.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə qərar layihəsində öz əksini tapıb.
Qərar layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Qərara əsasən, işçi qruplarının sədrləri aşağıdakı deputatlar olub:
Azərbaycan-Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Namazov Ramid Zakir oğlu;
Azərbaycan-Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Qurbanov Eyvaz Daşdəmir oğlu;
Azərbaycan-Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Paşayeva Gülşən Məmmədəli qızı;
Azərbaycan-Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Allahverənov Azər Kərim oğlu;
Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri isə Qafarov Vasif Vaqif oğlu olub.
Məlumat üçün bildirək ki, Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun əvvəlki rəhbəri Həsən Ramil Sahib oğlunun deputat mandatına 15 oktaybr 2025-ci ildə xitam verilib./Trend.Az
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı







































