İran-ABŞ gərginliyi böyüyür - Tehran Çindən səsdən sürətli raketlər alacaq
Bizi izləyin

Dünya

İran-ABŞ gərginliyi böyüyür - Tehran Çindən səsdən sürətli raketlər alacaq

İran yaxın vaxtlarda Çinlə gəmi əleyhinə kruiz raketləri almaq üçün müqavilə imzalayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, Çin istehsalı olan "CM 302" raketləri üçün müqavilə başa çatmaq üzrədir. Lakin çatdırılma tarixi hələlik razılaşdırılmayıb.

Səsdən sürətli raketlərin mənzili təxminən 290 kilometrdir və gəmi müdafiəsindən yayınmaq üçün nəzərdə tutulub.

Ekspertlərin sözlərinə görə, onların yerləşdirilməsi İranın zərbə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və bölgədəki ABŞ dəniz qüvvələri üçün təhlükə yaradacaq.

Qeyd olunub ki, Çinlə ən azı iki il əvvəl başlayan raket silah sistemlərinin alınması üçün danışıqlar iyun ayında İsrail və İran arasında baş verən 12 günlük müharibədən sonra kəskin şəkildə sürətlənib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm