Dünya
ABŞ İrana yalnız 4-5 gün intensiv zərbə endirə biləcək - İsrail kəşfiyyatı
ABŞ-ın hazırkı hərbi potensialı İrana yalnız dörd-beş gün intensiv hücum endirmək üçün kifayətdir.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti İsrail kəşfiyyat məlumatlarına istinadən yazıb.
Bildirilir ki, əgər zərbələr daha az intensiv olarsa, resurslar təxminən bir həftə davam edəcək. Burada "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisinin Yaxın Şərqə yenidən göndərilməsi də nəzərdə tutulur.
Nəşr qeyd edib ki, münaqişənin alovlanması Amerika hərbçiləri arasında itkilərlə üzləşmək təhlükəsi yaradır və bu, Donald Trampın seçicilərinə mənfi təsir göstərə bilər.
Qeyd edək ki, məlumatlar İran və ABŞ arasında nüvə danışıqlarının son mərhələsi fonunda yayılıb Görüş fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə baş tutub. Tərəflər bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə etdiklərini bildiriblər, lakin Tehran hələlik Vaşinqtonun bütün şərtlərini qəbul etməyə hazır deyil.
Xatırladaq ki, danışıqların növbəti mərhələsi fevralın 26-na planlaşdırılıb.
Adəm
-
Rəsmi xronika16:07Azərbaycanda yeni agentlik yaradıldı - Fərman
-
Sosial13:48Pensiya alanlara şad xəbər: Mart ayında...
-
Nida Xəbər 12:54Bu deputatlara yeni vəzifə verildi - ADLAR
-
Dünya12:24Rusiyanın hücumu başlayanda Bayden Zelenskiyə nə təklif edibmiş? - İlk dəfə açıqladı
-
Nida Xəbər 12:21Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu - SİYAHI
-
Dünya11:36Kardaşyanın heyranı olan “Dodaq kralı” növbəti əməliyyatdan sağ çıxmadı
-
ABŞ10:48Trampdan İrana son xəbərdarlıq: Tehran dağılacaq
-
Dünya10:12Moskvada polisə hücum: Ölənlər və yaralananlar var



















.jpg)
















