ABŞ
Gücü sürətlə tükənir: Baydenin yaxınları onun vəziyyətindən narahatdır
ABŞ-ın sabiq prezidenti Co Baydenin yaxın ətrafı 83 yaşlı siyasətçinin onkoloji xəstəliklə mübarizə apardığı halda ictimai çıxışlarını davam etdirməsindən narahatdır. Bildirilir ki, Bayden şəxsi söhbətlərdə daha yorğun təsir bağışlayır, lakin buna baxmayaraq, ictimai tədbirlərini planlaşdırmağa davam edir.
Publika.az-ın ABŞ mətbuatına istinadla məlumatına görə, Baydenin cümə günü Cənubi Karolinaya səfər edəcəyi gözlənilir. 2020-ci ildə bu ştatda qazandığı qələbə ona Demokratlar Partiyasından namizədliyini irəli sürmək imkanı vermişdi.
"The Washington Post" qəzeti bazar ertəsi Baydenin iki sabiq məmuruna istinadən yazıb ki, son həftələrdə keçmiş prezident şəxsi görüşlərdə daha yorğun görünür.
Mənbələr bunu Baydenə qoyulan diaqnoz - sümüklərə metastaz vermiş 4-cü mərhələ prostat xərçəngi ilə əlaqələndirirlər. Tibbi ekspertlər bu mərhələni sağalmaz hesab edirlər.
May ayında Baydenin ofisi onun xərçəng diaqnozu aldığını açıqlamışdı. Oktyabrda isə demokrat siyasətçi şüa terapiyası kursunu başa vurmuşdu. Bu xəbər bir çoxları tərəfindən müsbət qarşılanmışdı.
Xəstəliyin ilkin elanında bildirilib ki, Baydenin xərçəngi Qlison şkalası üzrə 6-dan 10-a qədər olan sistemdə 9 balla qiymətləndirilib. Bu isə xəstəliyin ən aqressiv formalardan biri olduğunu və adətən onurğaya yayılma riski daşıdığını göstərir.
Ekspertlərdən biri bildirib ki, şişin metastazı nəticəsində onurğa zədələnərsə, insan yataqdan düzgün qalxmamaq səbəbindən belə belini sındıra bilər.
Qəzetə danışan dostları etiraf ediblər ki, sabiq prezident onlara sağlamlığı ilə bağlı yeni məlumat verməyib. Digər mənbə isə Baydenin müalicəyə orqanizminin müsbət reaksiya verdiyini nəzərə alaraq, proqnoza dair ruhlandırıcı və müsbət fikirdədir.
Baydenin köməkçiləri qəzetə açıqlamalarında 83 yaşlı siyasətçinin vəziyyətinin yaxşı olduğunu, xatirələri üzərində çalışdığını, həmçinin öz fondunu və prezident kitabxanasını yaratdığını qeyd ediblər.
Akqabay
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC



































