Məşhur fizikin fotosu Epşteyn sənədlərində: Qadınlarla görüntüsü ortaya çıxdı
Bizi izləyin

Dünya

Məşhur fizikin fotosu Epşteyn sənədlərində: Qadınlarla görüntüsü ortaya çıxdı

ABŞ Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanan son Epşteyn faylları arasında məşhur fizik Stiven Hokinqin fotosu üzə çıxıb.

Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, açıqlanan yeni sənədlərdə əvvəllər sosial mediada yayılan foto yenidən gündəm olub.

Şəkildə 2018-ci ildə vəfat edən Hokinq əlində kokteyl tutaraq şezlonqda uzanıb və bikini geyinmiş iki qadın onun yanında əyləşib.

Fotonun nə vaxt və harada çəkildiyi ilə bağlı isə rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, sənədlərdə Hokinqin adı dəfələrlə çəkilsə də, ona qarşı indiyə qədər heç bir ittiham irəli sürülməyib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm