Dünya
Yunan general elan etdi: Türkiyəyə qarşı "altılı alyans" planı işə düşür
Yunanıstanın "Dimokratia" qəzetində təqaüddə olan general-leytenant Lazaros Kambouridisin imzası ilə dərc olunan təhlildə Türkiyə ilə bağlı təəccüblü qiymətləndirmələr yer alıb.
Publika.az xəbər verir ki, təhlildə Türkiyənin nüvə imkanlarına yiyələnmə ehtimalı və regional hərəkətlərinin İsrail üçün strateji təhlükə hesab olunduğu bildirilib.
Kambouridisin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın iki tərəf arasında ortaq məxrəc tapmaq səylərinə baxmayaraq, Ankara və Təl-Əviv münasibətləri müharibəyə doğru gedir.
O, Türkiyənin bölgədəki artan hərbi gücünün ABŞ, Hindistan, Yunanıstan, Kipr Rum Administrasiyası, həmçinin Afrika və Yaxın Şərqdəki bəzi digər ölkələri əhatə edən "altılı alyans" planını təcili olaraq aktivləşdirdiyini qeyd edib.
“Bu ittifaq Türkiyəyə qarşı strateji tədbir kimi hazırlanıb. Bölgədəki Türkiyə reallığı gözardı edilə bilməz və hər kəs bundan xəbərdardır. Əsasən İsrail və Yunanıstan tərəfindən əks addım atmaq üçün düymə basılıb. Türkiyənin nüvə silahları əldə etməsi İsrailin milli kimliyinə birbaşa təhdid kimi görülür və ortaya çıxmazdan əvvəl mümkün qədər tez aradan qaldırılmalıdır", - təhlildə vurğulanıb.
Kambouridis iddia edib ki, İsrail qurumları və rəsmiləri bəzi açıqlamalarında hərbi münaqişənin istisna edilməməli olduğunu, hətta Ankaranın nüvə silahı əldə etmək cəhdinin qarşısını almaq üçün qaçılmaz vəziyyət yarandığını bəyan edirlər.
Roza
-
Sosial19:00Məskunlaşdığı evi 10 minlik elektrik borcu ilə tərk edən məcburi köçkün danışdı
-
Dünya16:54İran hava məkanını bağladı - Azərbaycanla sərhəddə və...
-
Nida Xəbər 15:52Zakir Həsənov polkovnikin vəzifəsini dəyişdirdi
-
İdman15:16Xanım jurnalist "Qarabağ"ın oyununda niyə ayaqyalın olub? - Foto
-
Magazin114:40Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
-
Nida Xəbər 13:14Ramiz Mehdiyevlə bağlı iclas: Alimlər hamısı yatır - FOTO
-
İqtisadi gündəm12:42Şad xəbər: Azərbaycanda minimum əməkhaqqı artırılacaq
-
Dünya12:12Ukrayna Rusiyanın bu obyektini vurub, bəs ABŞ niyə nota verib? - Sensasion fakt açıqlandı

































.jpg)


