Nida Xəbər
Ceyhun Bayramov Somalinin ilk rezident səfirini qəbul etdi - Foto
Xarici işlər naziri Ceyhun Bayramov Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Abdinur Dahir Fidounu qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Somalinin Azərbaycanda ilk rezident səfirinin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyinə dair əminlik ifadə olunub.
Görüşdə Azərbaycan və Somali arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Son bir neçə il ərzində iki ölkə arasında təmasların intensivləşməsi, qarşılıqlı səfərlərin sayının artmasının məmnunluq doğurduğu qeyd edilib. Ötən ilin fevral ayında Somali Prezidentinin Azərbaycana səfəri, daha sonra Azərbaycan hökumət missiyasının Somaliyə səfəri və bu çərçivədə nazirliklər arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi, Somali xarici işlər nazirinin iyun ayında Azərbaycana səfəri məmnunluqla xatırlanıb.
Azərbaycan və Somali arasında əməkdaşlığın siyasi, iqtisadi, humanitar, kənd təsərrüfatı, enerji və digər sahələrdə daha da dərinləşdirilməsi üçün mövcud potensialdan istifadə olunmasının vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycan və Somali arasında ikitərəfli çərçivədəki münasibətlərlə yanaşı, çoxtərəfli beynəlxalq və regional platformalarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın önəmi vurğulanıb. Bununla yanaşı, Somalinin 2025–2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib.
Azərbaycanın Somalinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyi bir daha diqqətə çatdırılıb.
Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
-
İnanc19:10Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
-
Sosial19:00Məskunlaşdığı evi 10 minlik elektrik borcu ilə tərk edən məcburi köçkün danışdı
-
Dünya16:54İran hava məkanını bağladı - Azərbaycanla sərhəddə və...
-
Nida Xəbər 15:52Zakir Həsənov polkovnikin vəzifəsini dəyişdirdi
-
İdman15:16Xanım jurnalist "Qarabağ"ın oyununda niyə ayaqyalın olub? - Foto
-
Magazin114:40Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
-
Nida Xəbər 13:14Ramiz Mehdiyevlə bağlı iclas: Alimlər hamısı yatır - FOTO
-
İqtisadi gündəm12:42Şad xəbər: Azərbaycanda minimum əməkhaqqı artırılacaq

































.jpg)


