Dünya
Taksidən daha ucuz olacaq - Uçan avtomobil üçün tarix təyin olundu
Yapon texnologiya şirkəti "SkyDrive", 12 elektrik mühərriki ilə işləyən "SD-05" uçan taksisini Tokioda uğurla sınaqdan keçirib.
Publika.az Yaponiya mediasına istinadən xəbər verir ki, bir pilot və iki sərnişin daşımaq qabiliyyətinə malik "SD-05"-in nümayiş uçuşu təhlükəsizlik protokollarına uyğun olaraq uzaqdan və pilotsuz həyata keçirilib.
Bildirilib ki, avtomobil, Tokio körfəzi üzərində təxminən 3 dəqiqə yarım uçaraq 150 metr məsafə qət edib.
"SkyDrive"-ın baş direktoru Tomohiro Fukuzava bildirib ki, uçan avtomobilin 2028-ci ildə ölkədə kommersiya fəaliyyətinə başlaması hədəflənir: "Bu modelin əvvəlcə kommersiya məqsədli istifadəsi planlaşdırılır. 2030-cu ildən sonra isə nəqliyyat xərcləri taksi ilə gediş haqqının yarısı və ya hətta daha az ola bilər".
15-40 kilometr məsafə qət edən "SD-05"-in ənənəvi helikopterlərlə müqayisədə daha dar ərazilərə enmə qabiliyyətinə görə şəhər hava nəqliyyatında əhəmiyyətli bir alternativ olduğu düşünülür.
Roza
-
İnanc19:10Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
-
Sosial19:00Məskunlaşdığı evi 10 minlik elektrik borcu ilə tərk edən məcburi köçkün danışdı
-
Dünya16:54İran hava məkanını bağladı - Azərbaycanla sərhəddə və...
-
Nida Xəbər 15:52Zakir Həsənov polkovnikin vəzifəsini dəyişdirdi
-
İdman15:16Xanım jurnalist "Qarabağ"ın oyununda niyə ayaqyalın olub? - Foto
-
Magazin114:40Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
-
Nida Xəbər 13:14Ramiz Mehdiyevlə bağlı iclas: Alimlər hamısı yatır - FOTO
-
İqtisadi gündəm12:42Şad xəbər: Azərbaycanda minimum əməkhaqqı artırılacaq


































.jpg)


