"Yeni Nostradamus"dan qorxunc proqnozlar: Böyük böhran səbəbindən Tramp...
Bizi izləyin

Dünya

"Yeni Nostradamus"dan qorxunc proqnozlar: Böyük böhran səbəbindən Tramp...

Proqnozlarının düzgünlüyünə görə "Yeni Nostradamus" adlandırılan ekstrasens Kreyq Hamilton-Parker 2026-cı il və sonrakı dövr üçün "qorxunc" proqnozlarını açıqlayıb.

Publika.az xəbər verir ki, "The Mirror"-un yayımladığı proqnozlardan ən diqqətçəkəni ABŞ prezidenti Donald Trampla bağlıdır.

ABŞ Konstitusiyasına görə, prezident maksimum iki müddət xidmət edə bilər. Lakin ekstrasens proqnozlaşdırır ki, yaxınlaşan "böyük böhran" seçki prosesini təxirə salacaq və fövqəladə hallar səbəbindən Trampın səlahiyyət müddəti üçüncü müddətə uzadılacaq. Onun sözlərinə görə, bu böhran Tayvanda mərkəzləşmiş yeni bir müharibə ilə əlaqələndirilə bilər.

Ekstrasensin digər təəccüblü proqnozu 2028-ci illə bağlıdır. Parker bildirib ki, Yer və Ay arasından keçən bir meteor fəlakət ssenarisinə səbəb ola bilər. "Belə bir yaxın keçid baş verərsə, yanğınlara, zəlzələlərə və sunamilərə səbəb ola bilər. Xüsusilə ABŞ üzərindən potensial keçid dağıdıcı nəticə verə bilər", - deyə ekstrasens qeyd edib.

Trampdan sonrakı dövr haqqında danışan Parker, vitse-prezident Ceyms Devid Vensin növbəti prezident olmayacağını iddia edib. Onun sözlərinə görə, Trampın təsiri hələ də davam edəcək, lakin yeni lider güc və puldan daha çox xarakteri və mənəviyyatı ilə seçilən biri olacaq.

Parkerin digər proqnozu Avropanı əhatə edir. Proqnoza görə, yerdənkənar varlıqların fiziki sübutları Avropanın bir bölgəsində aşkar ediləcək. UFO mövzusunun manşetləri zəbt edəcəyini bildirən Parker, bu prosesin böyük bir informasiya manipulyasiyasına səhnə ola biləcəyini irəli sürüb.

Həmçinin, ekstrasens Vinita Dubey Pande də oxşar şəkildə 2028 və 2029-cu illərə diqqət çəkib. O, xüsusilə dini əsaslı gərginliklərin İran, İsrail və ABŞ-ı əhatə edən bir müharibəyə çevriləcəyini və bunun qlobal ərzaq böhranına səbəb ola biləcəyini iddia edib.

Pandeyə görə, 2028-2029-cu illərdə Tayvanda sunami, Yaponiyada isə zəlzələ və ya su ilə bağlı təbii fəlakət baş verə bilər.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm