İdman
"Neftçi" - "Qarabağ" matçı nə vaxt keçiriləcək? - PFL-dən rəsmi açıqlama
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni dayandırmasından sonra diqqətlər Azərbaycan Premyer Liqasına yönəlib. Bu həftəsonu çempionluq yarışının ən vacib qarşılaşmalarından biri baş tutacaq.
Martın 1-də son çempion Ağdam təmsilçisi çempionatın hazırkı lideri "Sabah"ı Tofiq Bəhramov adın Respublika Stadionda qəbul edəcək. Hazırda komandalar arasında 7 xal fərq var. Bu o deməkdir ki, tərəflər üçün bu görüş olduqca vacibdir.
Lakin "Qarabağ" "bayquşar"la müqayisədə bir oyun az keçirib. Bu isə fevralın 21-də, 21-ci tur çərçivəsində baş tutmalı olan "Neftçi" ilə səfər qarşılaşmasıdır. Bu görüş də hər iki komanda üçün vacibdir. Azərbaycan derbisinə böyük maraq da var. Bu görüşün yeni tarixini hər kəs səbirsizliklə gözləyir.
Bu məqamı nəzərə alaraq çempionatın təşkilatçısı Peşəkar Futbol Liqasına müraciət etdik. Qurumun Media və marketinq direktoru Sənan Abdullayev Publika.az-a açıqlamasında bunu bildirdi:
"Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra bu görüşün vaxtı ilə bağlı danışa bilərik".
Qeyd edək ki, ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları martın 3, 4 və 5-də keçiriləcək.
Heybət
-
Nida Xəbər 17:04Onlar məhkəmə qarşısında cavab verdilər - Prezident
-
Dünya16:48Baxçalının Ərdoğana hədiyyəsi gündəm oldu: Görün nə bağışlayıb - Foto
-
Magazin115:40“Məni Xoşqədəmin əlindən alın” – Səidədən kömək istəyən qadın kimdir - VİDEO
-
İdman14:52"Qarabağ"ın qapıçısı özünü İngiltərə klublarına təklif etdi
-
Region12:40Təsdiqləndi: ABŞ-ın Xamenei ilə bağlı planı belədir
-
İdman12:15Nəriman "Kolambus Kryu"nun düşərgəsinə nə vaxt qoşulacaq? - ABŞ-dan proqram göndərilib - Açıqlama
-
Dünya11:37ABŞ onları müharibəyə hazırlayır: Hədəfdə Türkiyədir
-
Köşə11:18Alim yatanda...

































.jpg)




