İsrail "Hizbullah"a qarşı hücuma başladı
Bizi izləyin

Dünya

İsrail "Hizbullah"a qarşı hücuma başladı

İsrail ordusu "Hizbullah"a qarşı bir neçə gün davam edəcək hücum kampaniyasına başlayıb.

Publika.az "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun baş qərargah rəisi Eyal Zamir bəyanat yayıb.

"Hizbullah"a qarşı hücum kampaniyasına başlamışıq. İndi biz sadəcə özümüzü müdafiə etmirik, birbaşa hücuma keçirik. Bir neçə gün davam edəcək döyüşlərə hazırlaşmalıyıq", - deyə o qeyd edib.

İsrail artıq Beyrutda və Livanın cənubunda "Hizbullah" hədəflərinə qarşı bir neçə hava hücumu həyata keçirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm