İrandakı xarici tələbələr ölkəni bu yolla tərk edəcəklər
Bizi izləyin

Dünya

İrandakı xarici tələbələr ölkəni bu yolla tərk edəcəklər

İranda xarici tələbələrin ölkəni tərk etməsi üçün şərait yaradılacaq.

Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

İran Tələbə İşləri Təşkilatından verilən məlumata görə, ölkədəki universitetlərə göndərilən bildirişdə xarici tələbələrin İranı tərk etməsi prosesinin asanlaşdırılacağı elan edilib.

"Xarici tələbələrin quru sərhədlərdən çıxması üçün xüsusi icazə almalarına ehtiyac yoxdur. Onlar vəsiqələri ilə quru sərhəd məntəqələrindən ölkəni tərk edə bilərlər", - elanda qeyd olunub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm