Nida Təhlil
Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
Xameneinin öldürülməsindən sonra cihad elan edəcəyi iddia edilən Ayətullah Əli Sistani mövqeyini İranla həmrəylik nümayiş etdirməklə məhdudlaşdırdı. Gözlənilən idi, çünki Sistani 12 günlük müharibədə olduğu kimi, indi də İraqın müharibəyə qoşulmasının tərəfdarı deyil və bu, təkcə ölkənin məğlub olacağı toqquşmaya sürüklənməsindən qaynaqlanmır. Burada iki mühüm səbəb də əhəmiyyətlidir.
Birincisi, Sistani şiə alimi olsa da, İraq maraqlarından çıxış edir və Xomeyniçiliyin regiona ixrac etdiyi “dini kimliyə” qarşı çıxır;
İkincisi, Sistani “Vilayəti-Fəqih” ideologiyasının siyasi idarəçiliyini qəbul etmir;
Xameneinin ölümü və İrandan idarə olunan “Vilayəti-Fəqih” nəzəriyyəsinin siyasi ambisiyalarının zəifləməsi Sistaniyə sərf edir. Vaxtilə Xomeyninin “Vilayəti-Fəqih” idarəçiliyinə qarşı çıxan Şəriətmədarinin timsalında din xadimlərinə divan tutması, Əbülqasim Xoyinin sürgünü, 2003-cü ildə oğlu Əbdülməcid Xoyinin İraqda Sədr ailəsi tərəfindən qətlə (əmrin İrandan verildiyi haqda məlumatlar vardı) yetirilməsi Sistani üçün “dərs” xarakteri daşıyırdı və onu Xomeyni-Xamenei idarəçiliyinə “boyun əyməyə” məcbur etmişdi. Xameninin ölümü – rejimin zəifləməsi Sistaniyə - “Vilayəti-Fəqih”in siyasi idarəçiliyinə qarşı olan din xadimlərinə İraqda İran təsirinin azaldılması imkanlarını yaradır. Eyni zamanda, Nəcəf və Kərbəlanın illərdir İran rejiminin siyasi-dini ambisiyalarının mərkəzi kimi istifadə etməsinə də son qoya bilər.
Asif Nərimanlı
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































