Dünya
Çin də İrana qarşı çıxdı: Bunu edə bilməzsən
Çin İran rəsmilərinə təzyiq göstərməyə başlayıb və Tehranın Hörmüz boğazından Qətər qazı və digər enerji ixracına mane olmamasını tələb edib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən bildirib.
Qeyd olunub ki, İran Çini enerji ilə təmin edən yeganə Fars körfəzi ölkəsi deyil. Bölgədəki bir çox dövlət karbohidrogenlərini Pekinə satır. Bu təchizatlar Hörmüz boğazından su yolu ilə daşınır. Çini xüsusilə narahat edən məsələ qlobal mayeləşdirilmiş təbii qaz (LNG) istehsalının beşdə birini təşkil edən Qətərlə bağlı vəziyyətdir. Bundan əlavə, Çinin LNG idxalının 30 faizi Qətərdən gəlir. Lakin İran “Ras Laffan” zavoduna zərbə endirdikdən sonra orada istehsal dayandırılıb.
“Bloomberg”in məlumatına görə, Çin rəsmiləri artıq iranlı həmkarlarına təzyiq göstərməyə başlayıblar və Tehranın boğazdan keçən neft və mayeləşdirilmiş təbii qaz tankerlərinə hücum etməyəcəyinə və üstəlik, karbohidrogen tədarükünün fasiləsizliyini təmin edəcəyinə dair zəmanət tələb ediblər.
Tural
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
-
Dünya10:18Trampdan Netanyahuya: Sizi orada istəmirlər, çıxın
-
Magazin209:42Baş məşqçinin həyat yoldaşının bu hərəkəti sosial şəbəkələri qarışdırdı - VİDEO
-
Dünya08:36Məşhur aktyor maşını ilə 20 yaşlı qızı vurub qaçdı - 10 ilədək həbs gözləyir





































