Dünya
Zelenski İranın vurulmasına sevinir: Amma raketlərə görə təəssüflənir
Ukrayna prezidenti Volodimir Zelenski Tehranın Rusiyaya silah tədarük etdiyi bir vaxtda İranın hərbi obyektlərinə hücum qərarının doğru olduğunu düşünür.
Publika.az xəbər verir ki, Zelenski İtaliyanın "Corriere della Sera" nəşrinə verdiyi müsahibədə barədə danışıb.
"Mənim fikrimcə, İranın hərbi hədəflərinə hücum etmək düzgün qərar idi. İranlılar Rusiya üçün çoxlu silah, xüsusən də dronlar və raketlər istehsal edirlər, baxmayaraq ki, indi, düşünürəm ki, onlar artıq bunu edə bilməyəcəklər və bəlkə də indi ruslar cavab olaraq onları silahlandıracaqlar".
Eyni zamanda, prezident Ukrayna üçün mümkün nəticələr barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Kiyev raketlərin və digər hava hücumundan müdafiə sistemlərinin təhlükəsizliyini təmin etməkdə çətinliklərlə üzləşə bilər.
“Səmanı müdafiə etmək üçün raket və silah əldə etməkdə çətinliklərlə üzləşə bilərik. ABŞ və onun Yaxın Şərqdəki müttəfiqlərinin özünümüdafiə üçün, məsələn, “Patriot” raketlərinə ehtiyacı ola bilər", - Zelenski deyib.
Tural
-
Yaxın Şərq10:00SEPAH-a ağır zərbə - Ən böyük qərargahları dağıdıldı
-
İdman09:50Gürcüstan millisində görünməmiş fırıldaq
-
MDB09:40Kiyev raketlərlə vuruldu, ölənlər var
-
Sosial09:30Əmək bazarında yeni dinamika - Daha işçiyə ehtiyac yoxdur?
-
Dünya08:30Bağdaddakı ABŞ səfirliyinə hücum edildi
-
ABŞ07:35ABŞ İran dronlarını tutmağın yolunu tapdı - Müharibədə yeni mərhələ
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı






























