Bu ölkə ABŞ-a dəstəyini elan etdi: İrana qarşı əməliyyatlarda...
Bizi izləyin

Dünya

Bu ölkə ABŞ-a dəstəyini elan etdi: İrana qarşı əməliyyatlarda...

Litva İrana qarşı müharibədə ABŞ-a kömək etməyə hazırdır.

Publika.az xəbər verir ki, bunu Litvanın Baş Qərargah rəisi Raymundas Vaykşnoras deyib.

O, İsrail və ABŞ-ın İrana hücum qərarını dəstəkləyərək bunu vaxtında atılmış addım adlandırıb. Hərbçi Tehranın güclənən və Yaxın Şərqdə dominantlıq etməyə başlayan təhdid olduğunu bildirib.

Vaykşnoras qeyd edib ki, Litva ABŞ-a İrana qarşı əməliyyatlarda ərazisindən istifadəni təmin etməklə kömək edə bilər.

“Düşünürəm ki, yardım yalnız hərbi tədbirlərlə məhdudlaşmaya bilər. Bu, ehtiyacdan asılı olaraq diplomatik, iqtisadi və ya informasiya xarakterli dəstək də ola bilər. Həmçinin ərazimizin bombardmançı və qırıcı təyyarələr üçün istifadəyə verilməsi kimi addımlar da mümkündür. Hesab edirəm ki, bütün bunlar yüksək səviyyəli diplomatiya və hökumətin verəcəyi qərarlardan asılıdır. Əgər bu, Litvanın siyasi qərarı olarsa, ordu da bunu dəstəkləyəcək”, - deyə o bildirib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm