Nida Xəbər
SEPAH rəsmən elan etdi - Naxçıvanı biz vurmuşuq
İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət gəlir.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, İran XİN rəhbərinin müavini Qəribabadi az öncə mediaya canlı açıqlamasında hadisənin araşdırılmalı olduğunu deyib və “İranın düşmənlərinə hərbi bazaların yerləşdirilməsi üçün öz ərazilərini verməyən ölkələrə” hücum edilmədiyini əminliklə vurğulayıb.
İran İslam İnqilabi Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan Teleqram kanalları, o cümlədən “SEPAH Pasdaran” və "Bisimçi" isə məlumatı bu cür paylaşıb:
“Naxçıvan hava limanına – xüsusilə də sionist rejim və ABŞ zabitlərinin ölkəmizin infrastrukturuna hücumları planlaşdırdığı və idarə etdiyi hissəyə – hücum həyata keçirən PUA “Araş-2” olub və həmin məntəqə (aeroport – red.) darmadağın edilib. Düşmən bunu özü görür və bilməlidir ki, İran heç kimlə nə zarafat edir, nə də güzəştə gedir. Bu aparat 120 kiloqramlıq döyüş başlığına və çox yüksək məhvetmə gücünə malikdir və ordunun quru qoşunları tərəfindən istifadə olunur. Bu isə Bakının muzdlu və xəyanətkar rejiminə verilən sadəcə bir xəbərdarlıq zərbəsi idi”.
Göründüyü kimi, SEPAH-a bağlı kanallar Azərbaycanın ünvanına təhdidlər-təhqirlər yağdırır və hücumun qəsdən edildiyini bildirir.
Qeyd edək ki, Naxçıvan aeroportuna edilən hücum zamanı terminal və uçuş-eniş zolağı zədələnib, yaxınlıqdakı orta məktəbə ciddi ziyan dəyib, ümumilikdə 4 nəfər xəsarət alıb.
-
Cənubi Qafqaz21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin121:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO









.jpg)

.jpg)





.jpg)
















