Nida Xəbər
“Regionun gələcəyi qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlik üzərində qurulmalıdır”
“Martın 5-də günorta saatlarında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına aid hava məkanında baş verən hadisə regionun təhlükəsizlik arxitekturasına vurulan açıq zərbə kimi qiymətləndirilməlidir.”
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, İran ərazisindən qalxan pilotsuz uçuş aparatlarının Naxçıvanın mülki obyektlərini – hava limanı terminalını və Şəkərabad kəndində məktəbin yaxınlığını hədəfə alması təkcə hərbi-siyasi mesaj deyil, həm də beynəlxalq hüququn fundamental prinsiplərinə meydan oxumaqdır.
“Mülki infrastrukturun vurulması heç bir halda “taktiki addım” kimi izah edilə bilməz. Bu, açıq şəkildə dinc əhaliyə risk yaradan davranışdır.”
K.Qafarov əlavə edib ki, Azərbaycanın uzun illərdir regionda sabitliyin qorunmasına üstünlük verən xətt yürütdüyünü diqqət mərkəzinə gətirib:
“Azərbaycanın ərazisindən nə İran, nə də başqa bir dövlət üçün təhlükə formalaşıb. Əksinə, çətin dönəmlərdə humanitar jestlər və siyasi dəstək nümunələri nümayiş etdirilib. Hətta bu günlərdə İranın ali rəhbərinin vəfatı zamanı Azərbaycan Prezidenti dərhal başsağlığı vermiş, diplomatik nümayəndəliyə baş çəkmiş və humanitar yardım imkanlarını nəzərdən keçirmişdi. Bu faktların fonunda pilotsuz aparatların məhz mülki obyektlərə yönəlməsi siyasi riyakarlığın kulminasiya nöqtəsi kimi görünür. Burada diqqət çəkən əsas məqam hədəfin seçilməsidir. Hava limanı mülki vətəndaşların istifadə etdiyi obyekt olduğu üçün beynəlxalq humanitar hüquqa görə xüsusi qoruma altındadır. Məktəb ətrafına düşən dron isə potensial olaraq uşaqların həyatını təhlükəyə atıb. Bu, sırf hərbi obyektə qarşı deyil, cəmiyyətin özünə qarşı yönəlmiş davranış təsiri bağışlayır. Ölkə prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.
Millət vəkili bildirib ki, belə addım regionda etimadı sarsıdır və təhlükəli presedent yaradır. İran rəhbərliyinin bu qərarı siyasi uzaqgörənlikdən daha çox daxili böhranların xaricə ixracı cəhdi kimi görünür. Mülki infrastruktura zərbə endirmək güc nümayişi deyil, əksinə, strateji zəifliyin göstəricisidir. Güclü dövlətlər hər zaman yalnız məsuliyyətli davranış sərgiləyirlər. Məsuliyyətsiz addımlar isə yalnız təcrid və beynəlxalq qınaq doğurur. Tarix göstərir ki, regionda sabitliyi pozmağa yönəlmiş hər addım gec-tez onu atan tərəfin özünə qarşı çevrilir. Bu baxımdan, İranın seçdiyi yol nə hüquqi, nə də siyasi baxımdan dayanıqlı görünür. Regionun gələcəyi qorxu və təhdid üzərində deyil, qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlik üzərində qurulmalıdır. İran isə hazırkı davranışı ilə məhz bunun əksini nümayiş etdirir” .
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
-
Nəqliyyat13 May 19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə13 May 18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika13 May 16:57İlham Əliyev fərman imzaladı











.jpg)

.jpg)





.jpg)






.jpg)







.jpg)

