Region
İrandan gələn təhlükə: Azərbaycan Naxçıvana görə ciddi cavab verməsə...
Yaxın Şərqdə baş verən gərginlik artıq Azərbaycana da təsir edib. Belə ki, bu gün İran Azərbaycanın Naxçıvan ərazisini vurub. Dünən Türkiyəyə, bu gün isə Azərbaycan ərazisinə raket atılıb.
Publika.az məsələ ilə bağlı güney azərbaycanlı araşdırmaçı-yazar Məhəmməd Rəhmanifərə müraciət edib.
Hücumlar və İranın mövqeyi
Məhəmməd Rəhmanifər məsələyə aydınlıq gətirərkən, bu hücumların heç də gözlənilməz olmadığını, İranın Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqeyi tutduğunu qeyd etdi: "İllər boyu İranın televiziyalarında birbaşa Azərbaycan və Türkiyəyə təhdid, təhqirlər verilib, rəsmi dövlət televiziyalarında bu məsələlər haqqında danışılıb. İranın rəsmi parlamentində zaman-zaman "Azərbaycana hücum gerçəkləşməsi gərəkdir" deyə açıqlamalar verilib. Bu hadisələr heç də qəribə deyil, çünki regiondakı hücum təşəbbüsləri uzun müddətdir planlaşdırılır".
O vurğuladı ki, indiki mərhələdə Azərbaycan və Türkiyəyə qarşı səbr imtahanı aparılır və NATO vasitəsilə hücumlar həyata keçirilir, raketlərdən istifadə olunub və strateji hədəflər diqqət mərkəzindədir.
Azərbaycan və Türkiyədə zehniyyət fərqi
Şərhçi təəssüflə bildirdi ki, Azərbaycanda və Türkiyədə bəzi insanlar İranın gerçəklərini görə bilmir və ya dərk etmir: "Xüsusilə Pezeşkianın İranda prezident seçilməsindən sonra sanki hər şey bitdi, məsələlər həll olundu və iki ölkə arasında dostluq qurulacaq kimi düşüncələr yarandı. Bu zehniyyət düzgün deyil və Güney Azərbaycana edilən zülmlər görməzlikdən gəlinir".
Rəhmanifər dedi ki, bu mövzuda narahatlıq doğur, amma həmin narahatlıqları təhlil edərkən qeyd etmək vacibdir, çünki regiondakı gərginlik realdır. O vurğuladı ki, Pezeşkianın iki beytlik çıxışı və "Heydər Babaya" salam oxuması Azərbaycanda və Türkiyədə məsələləri həll etməyib və çoxları İran tərəfdarı mövqeyindədir.

Rəsmi təhdidlər və İranın strategiyası
"İran Azərbaycan və Türkiyəni uzun müddətdir böyük düşmən kimi təqdim edir. Bu, rəsmi kanallardan, Xameneinin baş müşaviri və digər yüksək səviyyəli İran rəsmilərinin dilindən zaman-zaman bildirilib. İran ilk mərhələdə ərəb ölkələrinə hücum edib, lakin indiki mərhələdə Azərbaycan və Türkiyənin səbrini sınayır, savaşı bu tərəflərə də gətirmək istəyir", - deyə siyasətçi qeyd etdi.
Rəhmanifər əlavə etdi ki, İranın son addımları onun sistemində türk və Azərbaycan düşmənlərinin mövcudluğunu göstərir: "Bu, həm mühafiz sistemlərdə, həm İslam İnqilabı Keşikçilərində, həm də Ali Təhlükəsizlik Şurasının qərarlarında öz əksini tapır. Br sözlə, dövlətin bütün strukturlarında bu mövqe fəal şəkildə təmsil olunur".
Hücumların gələcəyi və veriləcək cavab
Şərhçi bildirdi ki, bu hücum Azərbaycan tərəfindən tutarlı cavabla qarşılanmasa, daha ciddi hücumlar gözlənilə bilər. O vurğuladı ki, İranın rəsmi dövlət radioteleviziyası vasitəsilə Bakı-Ceyhan və Türkiyəyə aid strateji obyektlərin hədəfə alınması tələb olunur. Rəhmanifər əlavə etdi ki, bu, regionda genişmiqyaslı təhlükənin əlamətidir.
"Yaxın günlərdə baş verəcək hücumları nəzərə alaraq, Azərbaycan və Türkiyənin strateji obyektlərə diqqət yetirməsi və təhlükəsizlik tədbirlərini gücləndirməsi vacibdir. Bu gərginlik yalnız diplomatik yollarla deyil, həm də hərbi hazırlıq baxımından ciddi qiymətləndirilməlidir" deyən Rəhmanifər sonda bir məsələni xüsusilə vurğuladı:
"Regionda vəziyyətin inkişafı Azərbaycan və Türkiyənin cavab addımlarının sürətinə və əhatəliliyinə bağlı olacaq. Bu səbəbdən hər iki ölkə vəziyyətə ciddi yanaşmalı və strateji addımlarını öncədən planlaşdırmalıdır".
Adəm Abbaslı
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"







































