Nida Təhlil
Prezidentdən xəbərdarlıq mesajı: İran Naxçıvan hücumuna görə cavab verəcək!
Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı İran rejiminin Naxçıvana dronlarla hücumunu qiymətləndirdi və mühüm mesajlar verdi.
Dövlət başçısı hücumun İran tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktı olduğunu bəyan etdi.
Naxçıvana hücumun mülki obyektlərə edilməsi – hava limanı və məktəb binası, xüsusilə dərs saatlarında hədəf alınması İran rejiminin terror aktıdır.

4 PUA ilə həyata keçirilən terror hücumu zamanı PUA-lardan biri ordumuz tərəfindən zərərsizləşdirilib, xoşbəxtlikdən məktəb binasına hücum hədəfinə çatmayıb, hava limanı isə ciddi şəkildə zədələnib, mülki şəxslər yaralanıb. İran tərəfi terror hücumuna görə cavab verməlidir:
- İran rəsmiləri Azərbaycana izahat verməli və üzr istəməlidir;
- Terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır;

Prezident İlham Əliyev Azərbaycan dövlətinin tələbələrini təqdim etdi.
Bu, İran rejiminin Azərbaycana qarşı törətdiyi ilk terror aktı deyil. 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı da terror aktı törədilmişdi. Bu, İran xüsusi xidmət orqanları tərəfindən dövlətin sifarişi ilə hazırlananan terror hücumu idi. Səfirlimizə qarşı terror hücumu xatırladan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir.
“Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”, - dövlət başçısı bildirib.
Prezidentin sözləri o deməkdir ki, Azərbaycan dövləti İranın Naxçıvanda həyata keçirdiyi terror aktı ilə barışmayacaq.

Dövlət başçısı çıxışında İran rejiminin Azərbaycana qarşı əsassız iddialarının hədəflərini də ifşa edib. Söhbət “Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması” iddialarından gedir. Bununla bağlı rəsmi Bakının bütün açıqlamalarına, o cümlədən, heç bir faktın olmamasına rəğmən İran rejimi ittihamlarından əl çəkmir. Ötən il baş verən “12 günlük müharibə” zamanı da eyni iddiaların yer aldığı anti-Azərbaycan kampaniyası gündəmə gətirildi. Belə kampaniyanın aparılması təsadüfi deyil.
Prezident İlham Əliyev bildirib ki, İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı: “Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar”.

Prezident İrana açıq mesaj verdi: Azərbaycana qarşı terror aktı cavabsız qalmayacaq.
“Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək”, - dövlət başçısı bildirib.
Azərbaycanın qonşuluq prinsiplərinə əsaslanan münasibi fonunda İranın Naxçıvana terror hücumu bu ölkədəki molla rejiminin nankorluğu və riyakarlığıdır.
- İranın dini lider öləndə Azərbaycan dərhal başsağlığı verdi;
- Prezident İlham Əliyev İran səfirliyinə gedərək, başsağlığı verdi: halbuki, dövlət başçısının dediyi kimi, heç bir dövlət başçısı etmədiyi təqdirdə, bunu yalnız Azərbaycan Prezidenti etdi;
- Azərbaycan müharibəyə görə İrana humanitar yardım göndərməyi də planlaşdırbmış;

Dövlət başçısının açıqlamasından məlum olur ki, İran Livan səfirliyində qalmış əməkdaşlarının təxliyyəsi üçün Azərbaycandan kömək istəyib: “Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”.
Təkcə bu detal belə İrandakı molla rejiminin riyakarlığını çılpaqlığı ilə ortaya qoyur. Bir tərəfdən Azərbaycandan kömək istəyirlər, digər tərəfdən Azərbaycana qarşı terror hücumu edirlər. Bu əməlin bir adı var: şərəfsizlik!
Molla rejiminin bu şərəfsizliyinin cavabı veriləcək. Artıq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə bir nömrəli hazırlıq vəziyyətinə gətirilib. İran rejimi cavab verməlidir: ya törətdikləri terror aktına görə üzr istəməli, günahkarları məsuliyyətə cəlb etməlidirlər, ya da Azərbaycan Ordusunun cavab tədbirləri ilə üzləşəcəklər.

Dövlət başçısı bildirdi ki, Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Və Azərbaycan xalqını əmin etdi ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək!
Asif Nərimanlı
-
ABŞ20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi
-
Magazin219:50Məşhur ulduzun qolları qandallandı
-
Nida Xəbər 17:51Bayramov Fidanla İranın Naxçıvana hücumunu müzakirə etdi - Yeniləndi
-
Nida Xəbər 17:45Türkiyə XİN İranın Naxçıvana hücumu ilə bağlı bəyanat yaydı
-
Rəsmi xronika16:42Cavab tədbirləri hazırlansın və həyata keçirilsin - İlham Əliyev
-
Rəsmi xronika16:25Prezidentdən sərt xəbərdarlıq: İran bunu unutmasın!
-
Rəsmi xronika16:17İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi

























.jpg)


.jpg)






