MDB
Rusiya Kallası təhqir etdi: Məyus olmuş...
Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında gərginlik yeni müstəviyə keçir. Rusiya rəsmiləri Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallası sərt şəkildə hədəf alıblar.
Publika.az xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev "X" hesabında Kallas barədə qalmaqallı paylaşım edib.
Dmitriyev avropalı diplomatı "məyus olmuş vassal" adlandıraraq, onun hələ də ağıllı olmağı öyrənməyə çalışdığını qeyd edib.
Qeyd edək ki, rusiyalı rəsminin bu reaksiyasına səbəb Kallasın "Financial Times" qəzetinə verdiyi son müsahibə olub. Belə ki, Kaya Kallas Avropa İttifaqını ABŞ prezidenti Donald Trampın "düşmən taktikası"na qarşı birliyə çağırıb.
Xanım diplomat Ağ Ev administrasiyasının Avropanın birliyini zəiflətməyə çalışdığını və Vaşinqtonun Avropa ölkələrini parçalamaq istəyini açıq şəkildə nümayiş etdirdiyini iddia edib.
Qeyd edək ki, Kallasın Tramp administrasiyası ilə bağlı bu ehtiyatlı və tənqidi mövqeyi həm Vaşinqtonda, həm də Moskvada ciddi rezonans doğurub.
Adəm
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək









































