Neft yenə bahalaşdı
Bizi izləyin

Dünya

Neft yenə bahalaşdı

Yaxın Şərqdəki hadisələr fonunda neftin qiyməti bir barel üçün 110 dolları keçib.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, Brent markalı xam neftin qiyməti Asiyada bu gün səhər saatlarında 112 dollara çatıb ki, bu da dünənki qiymətdən 5 faiz yüksəkdir. Daha sonra qiymət bir qədər aşağı düşüb.

Böyük Britaniyanın etalon qaz qiyməti də 6 faiz artaraq 143.53 pensə çatıb, sonra isə 140 pensə düşüb.

Qeyd olunub ki, bu artım İranın Cənubi Pars qaz yatağındakı neft-kimya kompleksinə zərbə endirilməsindən sonra baş verib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm