Nida Xəbər
Nazir müavini beynəlxalq konfransda iştirak etdi
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Moldovada keçirilən Avropa Sosial Hüquqlar üzrə Yüksək Səviyyəli Konfransda iştirak edib.
Konfransın “Əməyin gələcəyi: Yeni istiqamətlərin müəyyən edilməsi” adlı sessiyasında çıxış edən Anar Bayramov Avropa Sosial Xartiyasının sosial hüquqların qorunmasının təməl daşı olduğunu, bugünkü dəyişikliklərin sürəti və miqyasının bu çərçivəni müdafiə etməyi, modernləşdirmə və gücləndirməyi tələb etdiyini bildirib.
Nazir müavini insan kapitalının inkişaf etdirilməsinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasətin mərkəzində dayandığını vurğulayıb. O, son illər Azərbaycanda beş sosial islahat paketinin icra edildiyini, bu islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə üç dəfədən çox artım olduğunu qeyd edib.
Ölkəmizin sosial sahədə rəqəmsal nailiyyətləri, bu sahə üzrə xidmətlərə vahid platformadan çıxış imkanı yaradıldığı, 50-dən çox xidmətin proaktiv təqdim olunduğu, DOST modelinin üstünlükləri diqqətə çatdırılıb. “Əmək və Məşğulluq” altsisteminin əmək bazarı iştirakçıları üçün mühüm faydalarından bəhs olunub, bu e-sistemin işçilərin hüquqlarının qorunması baxımından e-nəzarətin tətbiqinə də imkan verdiyi vurğulanıb.
Həmçinin Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının (BƏT) 60 konvensiyasına qoşulduğu və MDB ölkələri arasında ən çox BƏT-in standartlarını qəbul etmiş ölkə olduğu qeyd edilib. Milli əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində əldə olunan irəliləyişlər diqqətə çatdırılıb.
Səfər çərçivəsində Moldovanın Sosial Sığorta üzrə Milli Kassasının direktoru xanım Yelena Tsıbırne, Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin Baş katibi Dumitru Pislaru ilə görüşlərdə gələcək əməkdaşlıq, habelə DOST konsepsiyasına maraq göstərən ölkələrdən biri olan Moldovada bu konsepsiyanın tətbiqi barədə fikir mübadiləsi aparılıb.
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal1 İyul 19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region1 İyul 17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya1 İyul 15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür







.jpg)


























