ABŞ
Trampın təsviri olan qızıl sikkənin dizaynını təsdiqləndi
ABŞ Təsviri Sənət Komissiyası Amerika Prezidenti Donald Trampın portreti olan xatirə qızıl sikkəsinin buraxılmasını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə federal qurum məlumat yayıb.
Qeyd olunub ki, tərkibi şəxsən Tramp tərəfindən təsdiqlənmiş komissiya üzvləri 24 karatlıq xatirə qızıl sikkəsinin dizaynına yekdilliklə səs veriblər.
Sikkənin ön tərəfində ABŞ-ın hazırkı prezidenti Oval ofisdə masaya söykənmiş və yumruqlarını sıxmış vəziyyətdə təsvir olunacaq.
2025-ci ilin oktyabrında ABŞ Xəzinədarlığının üzərində Trampın təsviri olan 1 dollar nominalında yeni kolleksiya sikkələrinin buraxılması imkanlarını nəzərdən keçirdiyi barədə məlumat verilmişdi. Bu addımın Amerika Birləşmiş Ştatlarının qurulmasının 250 illiyi şərəfinə reallaşdırılması planlaşdırılır. Layihə çərçivəsində sikkənin üzərində ABŞ-ın hazırkı prezidenti Amerika bayrağının fonunda qaldırılmış yumruğu ilə təsvir ediləcək. Bu obraz 2024-cü ildə ona qarşı edilən sui-qəsddən sonra çəkilmiş geniş tanınan fotoşəkilə istinad edir.
İyunun 25-də Trampın portreti olan kolleksiya qızıl sikkələri satışa çıxarılıb. Qızıl sikkə öz məhsulları üçün Amerika liderinin adının və təsvirinin lisenziyalaşdırılmasına görə ödəniş edən "GodBlessTheUSABible.com" saytında əlçatan idi.
Hüseyn İbadlı
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR












.jpg)






















.jpg)
.jpg)