Dünya
Keçmiş prezidentin cəzası müvəqqəti olaraq yumşaldıldı
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro səhhəti ilə əlaqədar ev dustaqlığına keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə "G1" portalı məlumat yayıb.
Müvafiq qərarı Braziliya Ali Məhkəməsinin üzvü Aleşandri di Morais qəbul edib. Qərara əsasən, Bolsonaro xəstəxanadan çıxdıqdan sonra bronxopnevmoniyadan sağalmaq üçün 90 gün ərzində ev dustaqlığında qalacaq. Bu müddət bitdikdən sonra eks-prezidentin ev dustaqlığı şərtlərinə yenidən baxılacaq.
Yanvarın 8-də məlum olub ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva Bolsonaronun cəza müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verən qanun layihəsinə veto qoyub.
Ötən il noyabrın sonunda Bolsonaro dövlət çevrilişinə cəhd və cinayətkar birliyə rəhbərlik etməkdə ittiham olunaraq 27 illik həbs cəzasını çəkmək üçün həbsxanaya yerləşdirilmişdi. Məhkəmə keçmiş dövlət başçısına hökmü sentyabrda oxuyub.
Keçmiş prezidentin təqsirli bilinməsi barədə qərarı Ali Məhkəmənin beş hakimindən üçü dəstəkləyib.
Hüseyn İbadlı
-
Magazin200:30Nəsrinin tərəf müqabili bəlli oldu - Foto
-
Qoroskop00:00Günün ulduz falı - Gözlənilməz gəlirlər əhvalınızı yüksəldəcək
-
İdman24 Mart 23:24Salahın “Liverpul”dan gedəcəyi tarix açıqlandı
-
Magazin124 Mart 23:12“Həmin qəzadan sonra bilmədiyim cəhətlərim üzə çıxdı”
-
Avropa24 Mart 22:36Bu qadın çaya ərə getmək istəyir - Ssoyadını da qəbul edib
-
Nida Xəbər 24 Mart 20:36Kənddə qandonduran faciə: "Kömək gələnəcən 7 nəfəri yandırdılar" - VİDEO
-
Magazin224 Mart 20:00İran raketləri "gecənin sehri"ni pozdu - Şakira ilk konsertini ləğv etdi
-
MDB24 Mart 19:48Tokayev Ərdoğanın bu təklifinə "hə" dedi




















.jpg)






.jpg)








