Nida Təhlil
İranda rejim dəyişdi? - Trampın mesajının şifrələri və əsl planı
Tramp İranda “rejimin dəyişdiyi”ni, diplomatik danışıqların aparıldığını və qarşı tərəfin razılığa gəlməyə hazır olduğunu bəyan edib. İranda hərbi-siyasi rəhbərlik böyük ölçüdə aradan götürülsə də, bunu ABŞ prezidentinin dediyi “rejim dəyişikliyi” adlandırmaq çətindir, çünki ölkəyə faktiki olaraq, SEPAH rəhbərlik edir və müharibənin də, danışıqların da gedişinə bu qruplaşma qərar verəcək.
Bu baxımdan, Trampın “rejim dəyişikliyi” açıqlaması reallıqdan daha çox “hədəflərə nail olduqlarını” göstərmək və İrana faktiki nəzarət edənlərə “tələbləri qəbul edəcəkləri təqdirdə, legitimlik tanınacaq” mesajını ünvanlamaq xarakteri daşıyır .
- Enerji bazarını sabitləşdirmək;
- Daxildə müharibə əleyhdarlarını sakitləşdirmək;
- Mümkün quru əməliyyatlarına hazırlaşmaq;
Trampın “diplomatiya” ritorikasının bu istiqamətlərdə manevr imkanlarını genişləndirməyə hesablandığı da aydın görünür.
“Axios” nəşri yazır ki, Vaşinqton regionda vasitəçi ölkələrlə martın 26-da danışıqlar aparmağı müzakirə edib, lakin Tehrandan cavab gözlənilir. Bu detal da göstərir ki, Trampın “danışıqlar və mümkün razılaşmalar” haqda dedikləri müharibəyə görə yaranmış iqtisadi və təhlükəsizlik problemlərini nəzarətdə saxlamaq məqsədi daşıyır.
ABŞ-ın 82-ci hava-desant diviziyasını Yaxın Şərqə yerləşdirməyə, bölgəyə əlavə “minlərlə əsgər” göndərməyə hazırlaşdığı haqda məlumatlar yayılır. Bunun mümkün quru əməliyyatına – Xarq adasını və Hörmüz boğazını nəzarətə götürməyə hazırlıq olduğu aydındır. Danışıqlarla bağlı açıqlamalar fonunda mümkün quru əməliyyatına hazırlıq ABŞ-ın diplomatiya tərəfdarlarını fakt qarşısında qoymaq gedişi kimi də görünür: Tehran ya Vaşinqtonun “hər şeydən imtina” xarakterli danışıqlar çağırışına müsbət cavab verməli, ya da müharibənin yeni mərhələsi ilə üzləşməlidir;
Mümkün razılaşma imkanları məhduddur:
- ABŞ-ın tələbələrini qəbul etmək İran rejimi üçün məğlubiyyət deməkdir, bu qədər döyüşdükdən sonra razılaşacaqları qeyri-real görünür;
- “Total müharibə” taktikası ilə hərəkət edən İran rejimi bütün itkilərə rəğmən, qalib gələcəyini düşünür, xüsusilə Hörmüz boğazındakı üstünlükləri fonunda;
- SEPAH-ın nəzarəti fonunda rasional düşünənlərin təsir imkanlarının olmaması İranla nəinki Vaşinqtonun tələbləri çərçivəsində danışıqlar aparmağı, ümumiyyətlə “ortaq məxrəcə” gəlmək perspektivlərini də sual altına salır;
Bu reallıqlar İranla danışıqları müşkülə çevirib, hətta çox az ehtimal olan masada hansısa razılaşmanın praktikada icrası çətindir. Hərçənd, İran sülhün əldə edilməsinin tərəfdarı kimi öz tələblərini də irəli sürə və masaya bu şərtlə gələcəyini elan edə bilər.
Trampın “diplomatiya” mövqeyini çətinləşdirən amillərdən biri də İsrailin müharibənin mövcud şərtlərdə dayandırmaq istəməməsidir. Qəribə mənzərə yaranıb: iki düşmən tərəf – SEPAH və İsrail danışıqlara qarşıdır, yaxud mümkün razılaşmaların məhz onlar tərəfindən sabotaj ediləcəyi istisna edilməməlidir.
Bütün bunlar İran müharibəsinin yeni mərhələyə keçəcəyi və daha uzunmüddətli prosesə çevriləcəyi risklərini ön plana çıxarır.
Asif Nərimanlı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







