Region
İran yeni qaydalar müəyyən etdi - Gəmilər Hörmüz boğazından necə keçəcək?
İran Beynəlxalq Dəniz Təşkilatının (IMO) üzvlərinə Hörmüz boğazından gəmilərin keçməsi ilə bağlı yeni qaydaları açıqlayan rəsmi bildiriş göndərib.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti İran Xarici İşlər Nazirliyinin məktubuna istinadən yazıb.
Tehran bütün "düşmən olmayan gəmilərin" keçidlərini yerli hakimiyyət orqanları ilə əlaqələndirməsini tələb edir.
Sənəddə vurğulanır ki, İran təcavüzkarların və onların müttəfiqlərinin boğazdan ölkəyə qarşı düşmənçilik əməliyyatları aparmaq üçün istifadə etməsinin qarşısını almaq üçün mütənasib tədbirlər görüb. Lakin məktuba əsasən, ABŞ, İsrail və təcavüzün digər tərəfləri ilə əlaqəli gəmilər dinc və ya düşmənçilik məqsədi daşımayan tranzit hüququna malik deyil.
Yaxın Şərqdə artan münaqişə səbəbindən Fars körfəzindən neft və mayeləşdirilmiş təbii qaz daşınmaları üçün strateji əhəmiyyətli bir arteriya olan Hörmüz boğazında gəmiçilik faktiki olaraq dayandırılıb. Bu marşrut dünya neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz daşınmalarının təxminən 20 faizini təşkil edir.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Paytaxt Tehran da daxil olmaqla, ölkənin ən böyük şəhərləri hədəfə alınıb. Ağ Ev hərbi əməliyyatların başlamasını Tehranın yaratdığı raket və nüvə təhdidlərini neytrallaşdırmaq üçün zəruri hesab edib.
Hüseyn İbadlı
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi










.jpg)











.jpg)












