MDB
Tokayev Ərdoğanın bu təklifinə "hə" dedi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi ümumxalq referendumunun uğurla keçirilməsi və Qazaxıstanın yeni Konstitusiyasının qəbul edilməsi münasibətilə təbrik edib və bunun Qazaxıstan başçısının müdrik və inamlı siyasəti sayəsində mümkün olduğunu qeyd edib.
Publika.az Akorda mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə və Qazaxıstan Prezidentləri arasında telefon danışığında Rəcəb Tayyib Ərdoğan yeni Əsas Qanunun Qazaxıstanın davamlı mütərəqqi inkişafına və daxili və beynəlxalq potensialının möhkəmlənməsinə güclü təkan verəcəyinə əminliyini bildirib.
Tokayev türkiyəli müşahidəçilərə referendumun keçirilməsində fəal iştirakına görə təşəkkür edib. Bildirib ki, bu iki ölkə arasında ənənəvi qarşılıqlı qardaşlıq və dostluq münasibətlərini əks etdirir.
Prezident Ərdoğan mayın 14-nə planlaşdırılan Qazaxıstana dövlət səfərinə, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına, eləcə də Türk Dövlətləri Təşkilatının qarşıdan gələn qeyri-rəsmi Zirvə görüşünə böyük əhəmiyyət verdiyini qeyd edib. Tokayev isə öz növbəsində Astanadakı danışıqların əhəmiyyətli olması ilə razılaşıb, Türkdilli ölkələrin dövlət başçılarının Türküstanda keçiriləcək Zirvə görüşünə böyük ümid bəslədiyini vurğulayıb.
Məlumatda o da qeyd olunub ki, Ərdoğanın aprel ayında Antalyada keçiriləcək Diplomatik Foruma dəvətini Tokayev müsbət cavablayıb.
-
Rəsmi xronika17:32Prezident İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi





































.jpg)
