Dünya
Bosfordan 15 mil məsafədə Türkiyə tankerinə hücum: Hədəf alan kimdir?
Türkiyəyə məxsus neft tankerinə Qara dənizdə naməlum pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyi bildirilir.
Publika.az xəbər verir ki, məlumatı NTV telekanalı yayıb.
Bildirilir ki, hadisə Qara dənizdə, Bosfor boğazından təxminən 15 mil məsafədə baş verib. Türkiyənin ALTURA şirkətinə məxsus, 140 min ton neft daşıyan tanker PUA hücumuna məruz qalıb və güclü partlayış qeydə alınıb.
Məlumata əsasən, hücum nəticəsində gəminin kapitan körpüsü və mühərrik bölməsi zədələnib. Tankerin heyəti dərhal yardım istəyib.
Bildirilib ki, gəmidə olan 27 nəfərlik heyət üzvlərinin hamısı Türkiyə vətəndaşıdır və ilkin məlumatlara görə xəsarət alan yoxdur.
Qeyd edək ki, hadisə ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.
Adəm
-
Region11:30Paşinyan iki aydan sonra iş axtaracaq: Ermənistanın yeni baş naziri kim olacaq?
-
Dünya10:50Hindistandan Rusiya nefti ilə bağlı qeyri-adi addım: ABŞ-ı belə aldadırlar
-
Magazin210:13Kardaşyanın yeni macərası: Tokionun küçələrində əl-ələ tutaraq gəzdilər
-
Dünya10:08Bosfordan 15 mil məsafədə Türkiyə tankerinə hücum: Hədəf alan kimdir?
-
Sosial09:50Azərbaycanda yağıntılı hava müşahidə edilir - FAKTİKİ HAVA
-
Magazin108:3029 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı
-
Dünya03:19Hörmüz boğazından təkcə onlar keçə biləcək
-
Magazin202:4421 yaşlı tiktokerin həzin sonu - Foto























.jpg)








