İdman
FİFA-nı dərd götürüb: Trampı inandırmağa çalışırlar
FİFA 2026-cı il Dünya Kubokunda iştirak edəcək beş ölkənin vətəndaşları üçün viza qaydaları ilə bağlı narahatlığını bildirib.
Publika.az xəbər verir ki, “The Athletic” qəzetinin məlumatına görə, bu ölkələrin nümayəndələri ABŞ vizası almaq üçün depozit ödəməli olacaqlar.
Mənbənin məlumatına görə, çətinliklər “Visa Bond” pilot proqramı səbəbindən yaranıb. Bu proqram ABŞ-a işgüzar və ya turist vizası ilə daxil olan 50 ölkənin vətəndaşlarından 10.000-15.000 dollar məbləğində girov qoymağı tələb edir və bu məbləğ vizanın müddəti bitməzdən əvvəl geri qaytarılacaq. Proqramın əhatə etdiyi ölkələrin siyahısına milli komandaları DÇ-yə vəsiqə qazanan Əlcəzair, Kabo-Verde, Seneqal və Kot-d’İvuar daxildir. 2 apreldən etibarən qaydalar Tunis vətəndaşlarına da şamil ediləcək.
Qeyd olunur ki, proqramın mətninə əsasən, beynəlxalq idman turnirlərinin iştirakçıları da daxil olmaqla, müəyyən kateqoriyalı vətəndaşlar üçün heç bir istisna nəzərdə tutulmayıb. Qaydaların əhatə etdiyi ölkələrin futbol federasiyaları ötən ay 2026-cı il Dünya Kubokuna hazırlıq üzrə seminarlarda müzakirə edilən vəziyyətdən narahat olduqlarını bildiriblər.
FİFA Tramp administrasiyasını oyunçular, məşqçilər heyəti və Dünya Kuboku komandalarının işçiləri, eləcə də federasiya rəhbərləri və əsas sponsor heyəti üçün istisna yaratmağa inandırmağa çalışır.
-
Hadisə20:20Aşığın maşını yanıb külə döndü - VİDEO
-
Səhiyyə20:00TƏBİB gücləndirilmiş iş rejimində keçir
-
Elm və təhsil19:4017 mayda keçirilən imtahanların nəticələri elan edildi
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar




































